Naxçıvan Beynəlxalq Hava Limanında ötən il yerli hava xətləri ilə 282 mindən çox sərnişin daşınıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında keçirilən iclasda Hava limanının direktoru Mənşur Gülməmmədli 2021-ci il ərzində bir sıra uğurlu layihələrin həyata keçirildiyini qeyd edib. Ötən il ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının açıldığını qeyd edən Mənşur Gülməmmədli bildirib ki, uçuş-enmə zolağında naviqasiya və işıqlandırma sistemləri müasir səviyyədə qurulub. Ərazidə peyk siqnallarını tənzimləyən yerüstü naviqasiya sistemləri, əlverişsiz hava şəraitində təyyarələrin təhlükəsiz qəbulu ve uçuşunu təmin etmək üçün radiorabitə vasitələri tamamilə yenilənib.

Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti yenidən təşkil edilib, bu da yeni layihələrin həyata keçirilməsinə şərait yaradıb. Ötən il "İraero" aviaşirkəti ilə əməkdaşlıq edilib, Moskva-Naxçıvan-Gəncə və əks istiqamətdə yeni reyslər açılıb.

Vətəndaşların rahat bilet əldə etmələri üçün Naxçıvan şəhər və Culfa şəhər avtovağzallarında yeni bilet satışı məntəqələri təşkil olunub, Naxçıvan Beynəlxalq Hava Limanının tərkibində "Aeroport Taksi" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Hava limanında reyslərin çoxluğunu və sərnişin dövriyyəsinin artması ilə əlaqədar olaraq yeni teleskopik trapın tikintisinə başlanıldığını qeyd edən Mənşur Gülməmmədli 2021-ci il ərzində yerli hava xətləri ilə 282 min sərnişin, 5 milyon 567 min 300 kq baqaj, 962 min 860 kq yük, 40 min 990 kq poçt, beynəlxalq hava xətti ilə Naxçıvan-İstanbul istiqamətində 5085 sərnişin, 104 min 142 kq baqaj, Naxçıvan-Moskva istiqamətində 5 min 932 sərnişin, 113 min 637 kq baqaj daşındığını vurğulayıb.

İclasda məruzə ətrafında çıxışlar dinlənilib. Sahələr üzrə müvafiq olaraq əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələrlə bağlı məlumatlar verilib, 2022-ci ildə görüləcək işlərin planı müzakirə olunub.    

Yaqub İsayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: