Sədərək rayon məktəbliləri Şəhidlər xiyabanını ziyarət ediblər - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sədərək rayonunda ümumtəhsil məktəblərinin şagirdləri Şəhidlər xiyabanını ziyarət ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edənlər qeyd ediblər ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar kimi daxil olan 1990-cı il 20 Yanvar hadisələrindən 32 il keçir. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Böyük itkilər, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu hadisələr, eyni zamanda xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu bir daha nümayiş etdirib.

Qeyd olunub ki, Ermənistanla sərhəd kəndləri 1990-cı il yanvarın 19-da səhər, saat 11-dən etibarən daha intensiv hücumlara məruz qalıb. Həmin vaxt ermənilər əsas qüvvələrini Sədərək istiqamətinə yönəldib və Kərki kəndini işğal ediblər. Sədərək intensiv top atəşinə tutulub, kənddə ilk şəhidlər verilib. Ümumilikdə, mənfur ermənilər 1990-1993-cü illərdə Sədərəyə 14 dəfə hücum edib, 1990-cı ilin martında bu sərhəd bölgəsinə 300-ə yaxın top mərmisi atıblar. Bu qeyri-bərabər döyüşlərdə 500-ə yaxın ev, məktəb binaları, ictimai-inzibati binalar, sosial obyektlər dağıdılıb. Vurğulanıb ki, Sədərək bu bölgədə doğulub boya-başa çatan və şəhidlik zirvəsinə ucalan 67 vətənpərvərin yurd yeridir. Onlardan 7-i Vətən müharibəsində şəhadətə qovuşub.

Şagirdlərə vətən müharibəsində şəhidlik zirvəsinə ucalan sədərəkli igid övladların qəhrəmanlıqları barədə məlumat verilib

                       Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: