Muxtar respublikada ötən ilin yekunları müzakirə olunur

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 2021-ci ilin yekunları ilə bağlı Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Kollegiya iclası keçirilib. 

İclasda Komitənin sədri Ramilə Seyidova bildirib ki, hesabat dövrü ərzində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyələşdirdiyi “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihənin icrası həyata keçirilib. Layihə çərçivəsində maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” və biznes planlaşdırılması üzrə “Sahibkar ol!” adı altında təlimlər keçirilib, təlimlərdə 28 sağlamlıq imkanları məhdud və sosial qayğıya ehtiyacı olan qadınların iştirakı təmin olunub. 26 nəfərə sərmayə kapitalı verilib. Ümumilikdə, layihə çərçivəsində verilən sərmayə kapitallarının dəyəri 17 min manat təşkil edib. Hesabat dövründə sərmayə kapitalı alan 53 qadının iş yeri və təsərrüfat sahələrində sərmayə kapitalından düzgün istifadə olunması ilə əlaqədar monitorinqlər keçirilib.

Vurğulanıb ki, muxtar respublikanın rayonlarında xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü, sağlamlıq imkanları məhdud qadınlar və müvafiq rayonların aid dərnək rəhbərləri üçün il ərzində 11 dəfə toxuculuq, xalçaçılıq, dekorativ tətbiqi sənət sahəsi üzrə təlimlər keçirilib, ümumilikdə, 228 qadın təlimlərə cəlb edilib. Məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış  keçirilib, ümumilikdə, 514 müəllifin 7426 əl işi sərgilənib. Hesabat dövründə muxtar respublikada fəaliyyət göstərən əl işləri mağazalarında, keçirilən sərgi-satışlarda, yarmarkalarda, ümumilikdə, 532 şəxsin 34 min 223 manat dəyərində 4416 rəsm, əl işi və ailə təsərrüfatı məhsulları satılaraq dəyəri iş sahiblərinə təqdim olunub. Həmçinin hesabat dövrü ərzində ümumilikdə, 41 qadının peşə kurslarına cəlb olunması üçün də tədbirlər görülüb.

Məlumat verilib ki, “Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 iyul tarixli Sərəncamı ilə təhsil və idman sahəsi üzrə 2 uşağın adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb, onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüb. Bununla da müvafiq kitabda uşaqların sayı 15 nəfər olub.

Komitə sədri qeyd edib ki, uşaq hüquqlarının qorunması ilə əlaqədar 30 uşaq müəssisəsində və uçota alınmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 25 uşağın, tədrisə cəlb edilmiş sağlamlıq imkanları məhdud 770 uşağın təhsil aldığı 114 uşaq müəssisəsində, sağlamlıq imkanları məhdud 119 uşağın evində monitorinqlərin aparıldığını, xüsusi qayğıya ehtiyacı olan, çoxuşaqlı, təkvalideynli, sağlamlıq imkanları məhdud, şəhid, qazi övladı, valideyn himayəsindən məhrum olmuş 118 uşağa məktəbli forması və dərs ləvazimatları, mövsümlə əlaqədar isə 87 uşağa qış geyimi verildiyini də diqqətə çatdırıb. 

Məruzə ətrafında Komitənin Aparat rəhbəri Eltun Həziyev, şöbə müdiri Vüsalə Vəliyeva, baş məsləhətçi Aqil Musayev çıxış edib, Komitənin 2022-ci ilə dair İş Planı təsdiq edilib, Kollegiya iclasının qərarı qəbul edilib.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: