Həftə ərzində dünyada koronavirusa yoluxma hallarının sayı maksimuma çatıb

A- A A+

Ötən həftə ərzində dünyada 15 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, bu da pandemiya başlayandan bəri yeni antirekorddur, ötən yeddi gün ilə müqayisədə təsdiqlənmiş yoluxma hallarının sayı 55 faiz artıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemiya ilə bağlı həftəlik bülletenində deyilir.

“Ötən həftə ərzində (yanvarın 3-dən 9-dək) dünyada COVID-19-a yeni yoluxma hallarının sayı kəskin surətdə artıb”, “15 milyondan çox yeni yoluxma halları barədə” məlumat daxil olub, bu da “ötən yeddi gün ilə müqayisədə 55 faiz artım” təşkil edir. Eyni zamanda ÜST-nin altı regionundan beşi yoluxanların sayında artım barədə təşkilatı məlumatlandırıb, yalnız Afrikada 11 faiz azalma qeydə alınıb. Rəqəmlər Cənub-Şərqi Asiyada və Qərbi-Sakit okean regionunda xüsusilə yüksəkdir, burada keçən həftə ilə müqayisədə müvafiq olaraq 418 faiz və 122 faiz çox yeni yoluxma halları aşkar edilib. Artım Avropada (31 faiz), Amerikada (78 faiz) və Şərqi Aralıq dənizində (86 faiz) da qeydə alınıb. Ölüm hallarının sayı əhəmiyyətli dərəcədə Afrikada (84 faiz) və Amerikada (26 faiz) artıb, Avropada isə ölüm hallarının sayı 10 faiz, Cənub-Şərqi Asiyada 6 faiz, Şərqi Aralıq dənizində isə 11 faiz azalıb.

Ötən həftə ərzində ÜST-yə koronavirusa 15 154 666 təsdiqlənmiş yoluxma halı və COVID-19 səbəbindən 43 461 ölüm halı barədə məlumatlar daxil olub, bu da dekabrın 27-dən yanvarın 2-dək həftə ilə müqayisədə müvafiq olaraq 55 faiz və 3 faiz çoxdur. Yanvarın 3-dən 9-dək ən çox yoluxma halı barədə ABŞ məlumat verib (4 610 359), burada keçən həftə ilə müqayisədə yoluxma hallarında 73 faiz artım qeydə alınıb. Ondan sonra Fransa (1 597 203, 46 faiz artım), Böyük Britaniya (1 217 258, 10 faiz artım), İtaliya (1 014 358, 57 faiz artım) və Hindistan (638 872, 524 faiz artım) yer alıblar.

ÜST-nin yanvarın 11-ə olan məlumatına görə dünyada pandemiya başlayandan bəri 308 458 509 yoluxma halı və 5 492 595 ölüm halı qeydə alınıb. Yoluxma hallarının sayı gün ərzində 1 738 701, ölüm hallarının sayı isə - 5 150 nəfər artıb. Məlumatı ÜST daxil olan ən çox təsdiqlənmiş yoluxma halı - 59 848 136 ABŞ-da qeydə alınıb. Ondan sonra Hindistan (35 875 790) və Braziliya (22 523 907) yer alıblar. Ən çox ölüm halı - 831 548 ABŞ-da qeydə alınıb, ikinci yerdə Braziliya (619 981), üçüncü yerdə isə Hindistan (484 213) qərarlaşıb.

Hazırda Azərbaycanda koronavirus infeksiyasına 622 min 236 yoluxma halı qeydə alınıb, 8 min 471 nəfər vəfat edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: