Naxçıvanın kəndlərinə qar yağıb - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gecə saatlarından başlayaraq Naxçıvanda yenidən qarlı hava şəraiti müşahidə olunur. Muxtar respublikanın bütün bölgələrinə yağan qar dağlıq ərazilərdə daha intensiv xarakter alıb. Hazırda da davam edən yağıntılar nəticəsində Naxçıvan şəhərində və Babək rayonunda qarın hündürlüyü 10 sm, Şahbuz və Ordubadda 7 sm-ə çatır. Dağlıq bölgələr olan Biçənək və Ağbulaqda 20, Küküdə 33, Ərəfsədə 25 santimetr hündürlüyündə qar müşahidə edilir. Ən hündür qar isə Ordubad rayonunun yüksək dağlıq kəndlərində  qeydə alınır. Belə ki, rayonun Nürgüt kəndi 55, Parağaçay qəsəbəsi isə 46 santimetr hündürlüyündə ağ örpəyə bürünüb. Buna baxmayaraq şəhər və rayon mərkəzlərindən tutmuş ucqar dağlıq ərazilərədək hər yerdə yolların qardan təmizlənməsi əhalinin rahatlığını təmin edib. Bir sözlə, qar muxtar respublikada gözəl mənzərələr yaradıb. Sakinlər bu mənzərələrdən yüksək zövq alır. Sosial şəbəkələrdə paylaşılan yüzlərlə görüntüdən də bunun şahidi oluruq. Qeyd edək ki, muxtar respublika ərazisində yağıntılı hava şəraitinin yanvarın 16-dək davam edəcəyi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: