Naxçıvan Muxtar Respublika Xəstəxanasının təşkilatçılığı ilə Ordubadda tibbi aksiya keçirilib

166

Muxtar respublikada şəhid və aztəminatlı ailələrinin, Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimizin müalicəsi, sağlamlıqlarının qorunması diqqətdə saxlanılır. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə Naxçıvan Muxtar Respublika Xəstəxanası onlara ödənişsiz tibbi xidmət aksiyasını davam etdirir. Yanvarın 14-də  keçirilən  növbəti aksiyanın ünvanı  Ordubad  rayonu olub.

Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiya üçün əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq 57 nəfərin siyahısı hazırlanıb və xəstəxanaya dəvət edilib. Onlar heç bir kassa ödənişi etmədən, tibbi sığorta göndərişi tələb olunmadan laborator-diaqnostik müayinələrdən keçirilib, təmənnasız cərrahi tibbi müayinə və digər tibbi xidmətlərdən yararlanıblar.

Günorta saatlarınadək aksiyada 44 uşaq sünnət edilib. Şəhid ailəsi üzvü olan 2 nəfər fizioterapiya müayinəsi, 3 nəfər isə MRT və digər müayinələr üçün stasionara dəvət edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstərilən səhiyyə xidmətinin keyfiyyətinə nəzarətin təmin edilməsi üçün komissiya yaradılıb. Komissiyanın təşkilatçılığı ilə aksiya muxtar respublikanın digər rayonlarında da ilboyu davam etdiriləcək.

  Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: