Ordubad rayonunun Ağdərə qəsəbəsində qar örtüyünün hündürlüyü 27 santimetrə çatıb

A- A A+

Yanvarın 15-i saat 11:30-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuzdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 27, Sarıbaşda (Qax) 22, Qrızda 14 santimetr, Xaltan, Şahbuzda 10, Daşkəsəndə 8, Altıağacda 7, Naxçıvanda 6, Göygöl, Lerikdə 5, Qobustanda 4, Qubada 3, Qusarda 1 santimetr olub.

Gözlənildiyi kimi, şimal-qərb küləyi yanvarın 14-ü axşamdan güclü cənub-qərb küləyi ilə əvəzlənib. Küləyin maksimal sürəti Naftalanda saniyədə 26, Qobustanda 22, Gəncə, Tovuz, Şamaxıda 20, Ağstafa, Göyçay, Şəkidə 18, Yevlaxda 17, Bərdə, Tərtərdə 16, Şərurda 15, Bakıda 30, Abşeron yarımadasında 25, Abşeron dəniz rayonunda 20 metrədək güclənib.

Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.6 metrdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: