Naxçıvanda biotexniki tədbirlər davam edir - FOTOLAR

210

Qış mövsümündə, xüsusilə qarlı və şaxtalı günlərdə bəzi fauna növlərinin qidalanmasında müəyyən problemlər yaranır. Buna görə də müvafiq yerlərdə biotexniki tədbirlər görülür, heyvanlar üçün qida ehtiyatı yaradılır. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, növbəti biotexniki tədbir Şahbuz rayonunda həyata keçirilib.

Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən biotexniki tədbirdə çöl heyvanlarının kompleks məskunlaşdığı ərazilərdə və miqrasiya dəhlizlərində də biotexniki tədbir görülüb. Ərazilərə meyvə-tərəvəz qalıqları səpilib, daş duz qoyulub.

Rayonun digər müvafiq ərazilərində də biotexniki tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: