Faydasız bilib atmayın

A- A A+

Qış mövsümündə, əsasən salatlarda turpdan daha çox istifadə etdiyimizi nəzərə alsaq, turpun və onun yarpaqlarının insan orqanizmi üçün nə qədər faydalı olduğunu bilməyiniz maraqlı olar.

Əksəriyyətimiz turpun yarpaqlarını lazımsız və faydasız bilib atırıq. Lakin alimlər sübut edir ki, turpun yarpaqları özündən qat-qat faydalıdır. Onun tərkibində çoxlu sayda müxtəlif vitaminlər (A, C, PP, K, B qrupu), nikotin, askorbin, salisil turşuları, makro və mikroelementlər (maqnezium, fosfor, kalsium, kalium, dəmir, sink, mis və sair) var. Belə zəngin kimyəvi tərkibə görə turpun yarpaqlarını əsl müalicəvi məhsul hesab etmək olar. Tərkibində kalium və maqnezium olan turpun yarpaqları ürək üçün çox faydalıdır, ürəyin fəaliyyətinə müsbət təsir edir, ürəyin ritmini tənzimləyir. Kalsiumla zəngin olan yarpaqlar sümüklər üçün faydalıdır.  Odur ki, turpun yarpaqlarını uşaqların və yaşlı insanların qidalarına daxil edin.  Bu avitaminozun qarşısını alır, qanın tərkibinə müsbət təsir edir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Stres, sinir gərginliyi, yuxusuzluq zamanı da turpun yarpaqlarını çay kimi dəmləyib (1 stəkan su və 1 xörək qaşığı xırda doğranmış yarpaqlar) bal əlavə edərək için. İltihabəleyhinə təsirə malik olan bu çay immun sisteminə müsbət təsir edəcək. Bundan əlavə, turpun təzə yarpaqlarını salatlara və xörəklərə  də əlavə edin.

“Oğuz yurdu”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: