NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasından irəli gələn vəzifələr və qarşıda duran vəzifələrlə bağlı Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin illik fəaliyyəti ilə bağlı iclas keçirilib.
İclasda Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli çıxış edib. Bütün redaksiyaların, eləcə də “Nuhçıxan” İnformasiya Agentliyinin fəaliyyəti geniş təhlil edilib, işdə buraxılan nöqsanlar konkret faktlarla diqqətə çatdırılıb. Qeyd olunub ki, proqram siyasətinin düzgün qurulmasında, sənədli və televiziya filmlərinin çəkilişində, operativ xəbər yayımında, müəllif və ictimai-siyasi proqramların, maarifçi sosial verilişlərin hazırlanmasında irəliləyişlər əldə edilib. Sosial şəbəklərdə Naxçıvanın tarixi-mədəni irsinin, turizm potensialının təbliğinə diqqət daha da artırılıb.
Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri Rauf Əliyevin, Cəmiyyətin Proqram, efirə buraxılış və əlaqələndimə direksiyasının direktoru İlkin Rzayevin, “Sənədli filmlər və dublyaj” redaksiyasının baş redaktoru Müzəffər Əsgərovun, “Xəbərlər” redaksiyasının baş redaktoru Röyal Məmiyevin, "Radio verilişləri" redaksiyasının baş redaktoru Nihad Bayramlının görülmüş işlər və qarşıya qoyulmuş tapşırıqların icrası barədə çıxışları dinlənilib.
İclasda 2022-ci il üçün İş Planı və Şəbəkə cədvəli təsdiq olunub.