Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında ötən ilin yekunları müzakirə olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında keçirilən iclasda şuranın sədri Anar İbrahimov bildirib ki, muxtar respublikada yeni yaradılan istehsal və xidmət sahələri Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının fəaliyyətində müsbət dəyişikliklər yaradıb, ilk həmkarlar təşkilatlarının sayının artmasına, ittifaq üzvlərinin sıralarının möhkəmlənməsinə öz müsbət təsirini göstərib. Şura hazırda 763 ilk həmkarlar ittifaqı təşkilatlarını, 10 birləşmiş həmkarlar ittifaqı komitələrini, 6 muxtar respublika komitəsini özündə birləşdirir. İttifaq üzvlərinin sayı isə 46 min 134 nəfərdir. Muxtar respublikada gənclərin fəallığını təmin etmək, dövlət orqanlarında təmsil olunmalarına şərait yaratmaq, işləyən və təhsil alan gənclərin hüquq və mənafelərinin qorunması üçün münbit şərait yaradılıb. Bunun nəticəsidir ki, bu gün Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sıralarında gənclərin say tərkibi 30 faizdən yuxarıdır. Hesabat dövründə şuraya toplanan üzvlük haqlarına nəzarət gücləndirilib, daxil olan ərizə və şikayətlərə vaxtında və qanunun tələbləri əsasında baxılıb. Həmçinin ittifaq üzvlərinin sağlamlığının qayğısına qalınıb, onlar kurort və sanatoriya yollayışları ilə təmin ediliblər.

Anar İbrahimov qeyd edib ki, ittifaq üzvlərindən 3 fəal gənc Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin 2020-ci il üzrə “Əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin  peşəkar gənci” fəxri adının təsis edilməsi haqqında” keçirdiyi müsabiqənin qalibi fəxri adına layiq görülüb. Gənclərə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəxri diplomu, döş nişanı və vəsiqəsi təqdim edilib. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Təhlükəsizlik İdarəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Sağlam və təhlükəsiz əmək şəraitinin  yaradılması üzrə ilin ən yaxşı müəssisəsi, təşkilatı” devizi ilə keçirilən  respublika müsabiqəsinin qalibi olub və fəxri diplom, qiymətli hədiyyə, eləcə də qrup əməkdaşa fəxri-fərman və pul mükafatı verilib.     

İştirakçıların diqqətinə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası bu il də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin 2021-ci il üzrə “Əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adının təsis edilməsi haqqında” keçirdiyi müsabiqədə fəal iştirak edir. Müsabiqə komissiyası bu il daha çox uğurlarla yadda qalan, ittifaq üzvü olan 3 fəal gəncin sənədlərini Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinə göndərilməsi nəzərdə tutulub.

Anar İbrahimov bildirib ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası bundan sonra da fəaliyyətini dövlətimizin qarşımıza qoyduğu tələb və tövsiyələr əsasında quracaq, ittifaq üzvlərinin  hüquq və mənafelərini müdafiə etməyə çalışacaq, muxtar respublikanın  inkişafına  öz töhfəsini verəcəkdir.

İclasda şura üzvlərinin görülən işlərlə bağlı hesabatları dinlənilib, 2022-ci il üçün iş planı təsdiq olunub.

                                                           Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: