Ötən il muxtar respublikada törədilən cinayətlərin açılması yüz faiz təmin olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində 2021-ci ilin yekunlarına dair keçirilən  iclasda daxili işlər nazirinin müavini, daxili işlər nazirinin vəzifələrini icra edən, polis polkovniki Rəşad İsmayılov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi altında Daxili İşlər Nazirliyində həyata keçirilən köklü islahatlar və Nazirliyin ştat strukturunun real əməliyyat şəraitinə uyğun olaraq yenidən təsdiq olunması daxili işlər orqanlarında idarəçilik və təşkilatçılıq işinin təkmilləşdirilməsinə, orqan və hissələrin qarşısında duran mühüm vəzifə və funksiyaların müasir dövrün tələblərinə uyğun şəkildə icrasına, xidməti və icra intizamının möhkəmlənməsinə əlverişli şərait yaratmaqla polis orqanları əməkdaşlarının üzərinə daha ciddi məsuliyyət qoyub.

2021-ci ildə Daxili İşlər Nazirliyi və Prokurorluqda muxtar respublika ərazisində törədilən cinayət hadisələri üzrə 31 cinayət işi başlanaraq istintaqı aparılıb. Baş verən cinayət hadisələrindən 12-si və ya 24,5%-i ehtiyatsızlıqdan törədilən cinayətlər olub. İl ərzində törədilən cinayətlərin açılması 100% təmin edilib, insan alveri ilə bağlı cinayət hadisəsi qeydə alınmayıb. Həmçinin axtarışda olan 2 təqsirləndirilən şəxsin tutularaq istintaq orqanlarına təhvil verilməsi, ümumiyyətlə  axtarışda olan şəxslərin tutulması 100% təmin edilib. Hesabat dövründə keçmiş illərdən qapalı qalan 1 cinayət işi üzrə icraat təzələnərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin müvafiq bəndinə əsasən xitam edilib.     

Qeyd edilib ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair 2021-ci il ərzində keçirilən tədbirlər nəticəsində 1 cinayət və 18 inzibati fakt aşkar edilib. 2020-ci illə müqayisədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aşkarlanan faktların sayı 2 cinayət, 12 inzibati fakt azalıb. Hesabat ilində daxili işlər orqanları tərəfindən həyata keçirilən profilaktik-maarifləndirmə tədbirləri nəticəsində vətəndaşlar tərəfindən 193 ədəd müxtəlif növ silah, 1 ədəd silah üçün binokl, 1 ədəd minaaxtaran, 1 ədəd metalaxtaran, 1 ədəd siqnalkəsən cihaz, 58 ədəd xəzinə və 8631 ədəd müxtəlif növ döyüş sursаtı könüllü olaraq təhvil verilib.

Rəşad İsmayılov  bildirib ki, hesabat ilində dахili işlər оrqаnlаrı tərəfindən 13 min 854 inzibаti prоtоkоl tərtib еdilib. Onlаrdаn 13 min 334-ü yоl hərəkəti qаydаlаrı əlеyhinə оlаn inzibаti хətаlаrа görə dövlət yol polisi əməkdаşlаrı, 438-i pоlis sаhə inspеktоrlаrı, 82-si isə digər xidmətlər tərəfindən tərtib оlunub. 2020-ci illə müqayisədə inzibаti хətаlаra dair protokolların sayı 3523 vahid və ya 20,3% azalıb ki, buna səbəb polisin xidməti fəaliyyətində profilaktikaya geniş yer verilməsi, əhali arasında aparılan hüquqi maarifləndirmə tədbirlərinin davamlı olaraq həyata keçirilməsidir. Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə əməkdaşlar tərəfindən təhsil müəssisələrində müxtəlif mövzularda 434 dəfə profilaktiki söhbətlər aparılıb.

Şəxsi heyət arasında mənəvi-psixoloji durumun yüksəldilməsi istiqamətində görülən işlərdən də bəhs edən Rəşad İsmayılov vurğulayıb ki, xidməti fəаliyyətin yеrinə yеtirilməsində fərqlənən əməkdаşlаrın əməyi qiymətləndirilərək 1146 əməkdаş müхtəlif mükafatlara layiq görülüb.

Məruzə ətrafında Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının komandiri, general-mayor Səlim Niftalıyev, Cinayət Axtarışı İdarəsinin rəisi, polis polkovniki Qasım Həsənov, İctimai Təhlükəsizlik İdarəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis mayoru İman Quliyev, Dövlət Yol Polisi İdarəsinin rəisi, polis mayoru Ayaz Quliyev çıxış ediblər.

İclasda ərazi polis orqanlarının qarşısına dəm qazından zəhərlənmə hallarının qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə qabaqlayıcı profilaktik və  maarifləndirici tədbirlərə geniş yer verilməsi, Dövlət Yol Polisi İdarəsinin qarşısına isə taksi fəaliyyəti ilə məşğul olan şəxslərin avtomobillərinin texniki vəziyyətinə, xüsusən nəqliyyat vasitələrinin qış aylarında texniki sazlığına, şəhərdaxili yollarda vətəndaşların piyada keçidlərindən istifadə etməsinə ciddi nəzarət edilməsi tapşırıqları qoyulub.  

Sonda qərar layihəsi oxunaraq qəbul edilib.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: