Muxtar respublikada əkin sahələri 61 min hektardan artıqdır

A- A A+

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindən NUHÇXAN-a verilən məlumata görə, meliorasiya və irriqasiya sistemlərinin inkişafı istiqamətində görülmüş tədbirlərin nəticəsi olaraq 2017-ci ildə muxtar respublika üzrə suvarılan torpaq sahələri 60 min 768 hektara çatdırılıb. Bu da həyətyanı torpaq sahələri də daxil olmaqla, kənd təsərrüfatına yararlı torpaq sahələrinin 34,3 faizini təşkil edir. 1995-ci illə müqayisədə suvarılan torpaq sahələri 5101 hektar artıb.

Naxçıvan Muxtar Respublikası üzrə 2017-ci ildə həyətyanı torpaq sahələri də daxil olmaqla, cəmi əkin sahələri 61 min 531 hektar təşkil edib. Əkin sahələrinin 4204 hektarı dövlət, 10 min 63 hektarı bələdiyyə, 47 min 264 hektarı isə xüsusi mülkiyyətdə qeydə alınıb. Xüsusi mülkiyyətdə olan əkin sahələrinin 8544 hektarı həyətyanı torpaq sahələrinin əkin altında olan hissəsidir. Beləliklə, 1995-ci illə müqayisədə həyətyanı torpaq sahələri də daxil olmaqla, cəmi əkin sahələri 33 min 114 hektar, yaxud 2,2 dəfə artıb

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: