Naxçıvanda sosial qayğıya ehtiyacı olan uşaqlara pulsuz məktəbli formaları və ləvazimatları verilib. - FOTOLAR

A- A A+

NUHÇIXAN-nın verdiyi xəbərə görə, Naxçıvanda 15 sentyabr – Bilik günü ərəfəsində sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şagirdlərə geyim, çanta və dərs ləvazimatları paylanılıb.

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təşkil olunan tədbirdə təhsil naziri Rəhman Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova şagirdləri qarşıdan gələn Bilik günü münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıblar.

Tədbirdə iştirak edən valideynlər göstərilən diqqət və qayğıya görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər

Sonra aztəminatlı, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud ümumilikdə 389 məktəbli uşağa geyim, çanta və dərs ləvazimatları verilib.

Muxtar respublikanın Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarında da tədbirlər keçirilərək şagirdlərə geyim və dərs ləvazimatları təqdim edilib.

Hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən məktəbə gedə bilməyən və distant tədrisə cəlb olunan, eşitmə qabiliyyəti məhdud uşaqlara məktəbli geyim forması və dərs ləvazimatları evlərində çatdırılıb.      

Qeyd edək ki, Muxtar Respublikada “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” qəbul edilərək icra olunur.

                                                

                                                                                     Vüsal Muradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: