Pskovda Böyük Vətən müharibəsində həlak olmuş Azərbaycan əsgərlərinin məzarları tapılıb

A- A A+

“Rusiya Qadınlar İttifaqı” İctimai Təşkilatının Pskov regional bölməsi Böyük Vətən müharibəsində həlak olmuş və Pskov vilayətinin Porxov şəhəri ətrafında hərbi əsirlərin saxlanıldığı keçmiş “Dulaq-100” düşərgənin yerində dəfn edilmiş əsgərlərin qohumlarının axtarışı ilə məşğul olur.

NUHÇIXAN xəbər verir ki, 2016-cı ildə Porxov şəhərində həlak olanların xatirəsinə “Məğlubedilməzlər” abidəsi ucaldılıb və memorial kompleksi bərpa edilib.

Həmin düşərgədə təxminən 85 000 əsirin dəfn olunduğu güman edilir. Hazırda cəmi 1000 nəfərin adı müəyyən edilib ki, onların arasında 6 soydaşımız da var. Təşkilat tərəfindən səfirliyə göndərilən məktubda onlar haqqında məlumat verilib.

Səfirlik düşərgədə dəfn olunmuş soydaşlarımızın yaxınlarının tapılması məqsədilə həmin siyahını ictimaiyyətə təqdim edib. Həmin siyahı Azərbaycan Respublikasının aidiyyətı qurumlarına da göndərilib.

Səfirlikdən bildiriblər ki, təşkilatın məktubunda əks olunmuş adların bəzilərinin yazılışında qeyri-dəqiqliyə yol verildiyi ehtimal olunur. Bununla bağlı hər hansı yeni məlumat əldə ediləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: