Kəngərli və Sədərək rayonlarında gənclər ipoteka ilə mənzil sahibi olacaqlar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Kəngərli və Sədərək rayonlarında yeni yaşayış binaları tikilir. Yaşayış kompleksində mənzil almaq istəyən gənc ailələr artıq ipoteka kreditləşməsi ilə bağlı yaradılan imkanlardan faydalanmaqla mənzillərə sahib ola biləcəklər. Müasir tələblər səviyyəsində inşa olunan bu yaşayış obyektləri hər bir gəncin arzu və tələblərini ödəyəcək.
Kəngərli rayonunun Qıvraq qəsəbəsində tikilən yaşayış binası 7 mərtəbə, 48 mənzildən ibarətdir. Mənzillərin sahəsi 85 və 100 kvadratmetrdir. Hazırda binada son tamamlama işləri aparılır. Binanın fasad hissəsi boyanır, həyətdə abadlıq işləri görülür.
Sədərək rayonunun Heydərabad qəsəbəsindəki yaşayış binasında da tikinti işləri başa çatmaq üzrədir. Binada 48 mənzil yerləşir. Mənzillər 2 və 3 otaqlıdır. Binada eyni zamanda qadın gözəllik salonu, bərbər, məişət avadanlıqlarının təmiri və başqa sahələr də fəaliyyət göstərəcək. Dövlətimiz tərəfindən gənclərə göstərilən hərtərəfli qayğı bundan sonra da davam etdiriləcək.
Gülməmməd Əliyev