NUHÇIXAN xəbər verir ki, İsveçin Stokholm şəhərində EQAC Erasmusplus layihəsinin növbəti təlim toplantısı keçirilib. Avqustun 26-dan sentyabrın 1-nə qədər təşkil edilən təlimlərdə “Naxçıvan” Universitetinin əməkdaşları Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli və Keyfiyyətə Nəzarət bölməsinin mütəxəssisi Könül Babayeva da iştirak ediblər. Təlim çərçivəsində İsveçin KTH Kral Texnologiya Universitetinin vitse-prezidenti Stefan Östlund Azərbaycanlı nümayəndələrə universitetin keyfiyyətin təminatı sahəsində gördüyü işlər barəsində məlumat verib. 6 gün davam edən təlimlərdə KTH Kral Texnologiya Universiteti partnyor universitetlərə Beynəlxalqlaşma siyasəti, keyfiyyətə təminat siyasəti, müasir təlim və ali təhsildəki yeniliklər, KTH keyfiyyət strukturu və siyasəti, İsveç ali təhsil siyasəti, milli keyfiyyətə təminat sistemi başlıqlarında təlimlər keçərək tərəfdaş universitetlərlə təcrübələrini bölüşüblər.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.