Anadolu Agentliyi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə müntəzəm avtobus reyslərinin başlanması barədə geniş məlumatlar yayıb - FOTOLAR

A- A A+

Türkiyənin Anadolu Agentliyi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə yanvarın 24-dən sərnişin avtobuslarının müntəzəm reyslərinin başlaması barədə geniş məlumat və xüsusi hazırlanmış videomaterial yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə ictimaiyyətinə səfərlərin Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa və Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası avtobus marşrutları ilə yerinə yetirildiyi barədə məlumat verilir.

Videomaterialda vətənimizin ayrılmaz parçası olan bölgələrə səfər edən soydaşlarımızın tükənməz sevinc hissi tərənnüm olunur və süjet Azərbaycan xalqının milli birlik şüarlarına flaqmanlıq edən “Qarabağ Azərbaycandır!” ifadəsi ilə tamamlanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: