Ordubadda YAP-ın gənc fəalları ilə görüş keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ordubad rayonunda  Yeni Azərbaycan Partiyasının gənc fəalları ilə görüş keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Etibar İsmayılov bildirib ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının 4-cü Konfransı muxtar respublikamızın ictimai-siyasi həyatında mühüm hadisə kimi yadda qaldı. Konfransda Təşkilatın Sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin proqram xarakterli məruzəsi YAP-ın üzvləri qarşısında yeni vəzifələr  müəyyənləşdirir. Bu vəzifələrin yerinə yetirilməsi Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının gələcək fəaliyyətində xüsusi əhəmiyyətə malikdir. 

Etibar İsmayılov gənclərlə belə görüşlərin əhəmiyyətindən də  danışıb.

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin deputatı Cəbi Quliyev YAP-ın yaranma tarixindən, o dövrün ictimai-siyasi proseslərindən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda və beynəlxalq miqyasda söz sahibi olan dövlətə çevrilib. Artıq ölkəmizin həyatında yeni inkişaf mərhələsi başlayıb.  Bu baxımdan Ali  Məclis Sədrinin rəhbərliyi ilə YAP Naxçıvan Muxtar Respublika Təşkilatı da qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətini müasir tələblərə uyğun olaraq davam etdirir. Bu prosesdə partiyamızın gəncləri də fəal iştirak edir.

Qeyd olunub ki, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının yeni  Əsasnaməsinə  uyğun olaraq, Gənclər Birliyinin üzvləri, sədri və sədr müavini Təşkilat Sədrinin təqdimatı əsasında İdarə Heyətinin qərarı ilə təsdiq edilir. Belə ki, Arzu Qasımov YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədri,  Elvin Əliyev sədr müavini təyin  olunublar. Eyni zamanda 15 nəfər Gənclər Birliyinin üzvü seçilib.

Tədbirdə YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədri Arzu Qasımov bildirib ki,  Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı üzvlərinin 23 min 594 nəfərini gənclər təşkil edir. Vurğulanıb ki, təşkilata üzv olan gənclər təhsil, səhiyyə, elm, mədəniyyət və incəsənət, idarəetmə sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə və digər xidmət  sahələrində çalışır, öz fəaliyyətləri ilə fərqlənirlər.

Görüşdə Gənclər Birliyinin üzvü, Ali Məclisin deputatı Aidə Cəlilzadə, YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədri müavini Elvin Əliyev və birliyin üzvü Dilarə Baxşəliyevanın mövzu ətrafında fikirləri dinlənilib.

Görüşdə gəncləri maraqlandıran  suallar cavablandırılıb.

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: