Muxtar respublikada ötən ay ümumilikdə 164 nəfərə əmək pensiyası təyin olunub

A- A A+

Vətəndaşlara pensiyaların qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatı üçün müvafiq işlər görülüb, 92-si yaşa, 33-ü əlilliyə, 39-u ailə başçısını itirməyə görə olmaqla, ümumilikdə 164 nəfərə əmək pensiyası təyin olunub. İlk dəfə əmək fəaliyyətinə başlayan 286 sığortaolunana fərdi şəxsi hesablar açılıb.

Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumatda qeyd olunur. Məlumata görə, ötən ay tələb olunan 14 milyon 934 min manat vəsait pensiyaçıların plastik bankomat kart hesablarına köçürülüb və ya yerlərdə poçt bölmələri vasitəsilə pensiyaçılara çatdırılıb. Məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan şəxslərin də şəxsi hesablarına və ya poçt ünvanına müavinət ödənilməsi üçün 330 min manat vəsait köçürülüb.

Həmçinin ötən ay ərzində müvafiq orqan tərəfindən məcburi dövlət sosial sığorta haqlarının toplanması üzrə fondun xəzinə hesabına 12 milyon 965 min 500 manat vəsait daxil olub. Pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 84,9 faizi məcburi dövlət sosial sığorta haqqı şəklində muxtar respublikada yığılıb. Müvafiq dövr ərzində 4 hüquqi şəxs və 153 fiziki şəxs məcburi dövlət sosial sığorta ödəyicisi kimi uçota alınıb.

Qeyd edək ki, 29 dekabr 2021-ci il tarixdə ölkə başçısı tərəfindən imzalanmış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyasının minimum məbləği artırılaraq 240 manat məbləğində müəyyən olunub və ümumilikdə 2115 əmək pensiyaçısına şamil edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: