“TRT Haber” Azərbaycanın işğaldan azad olunan bölgələrinə başlayan avtobus səfərləri ilə bağlı reportaj hazırlayıb - VİDEO

A- A A+

“TRT Haber” Azərbaycanın işğaldan azad olunan bölgələrinə başlayan avtobus səfərləri ilə bağlı “Şuşalı Kamil Rüstəmov 30 il sonra evinə qovuşdu” sərlövhəli reportaj hazırlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, reportajda Bakıdan Ağdam və Şuşaya başlayan avtobus səfərləri barədə danışılır, illər sonra evlərini ziyarət edənlərin təəssüratları əks olunub.

Bildirilir ki, Qarabağ torpaqlarını işğaldan azad edən Azərbaycanda mülki əhalinin bu bölgələrə getməsinə artıq icazə verilib. İlk avtobus səfərləri isə Şuşa və Ağdam şəhərlərinə təşkil edilib.

Reportajda qeyd olunub ki, hazırda bu bölgələrdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: