Şərur rayonu üzrə avtomat telefon stansiyalarının internet tutumu artırılıb - VİDEO

A- A A+

Muxtar respublikada əhali artımı digər xidmətlər kimi, internetə də tələbatını artırır. Bu inkişaf nəzərə alınaraq muxtar respublikada avtomat telefon stansiyalarının internet tutumu artırılır.

Şərur rayonunda əhalinin internet xidmətlərinə olan tələbatının təmin edilməsi, eyni zamanda keyfiyyətli və çoxçeşidli rabitə xidmətlərinin təşkili məqsədilə rayonun Xanlıqlar, Şəhriyar, Mahmudkənd, Zeyvə, Tumaslı Qarxun, Axura, Tənənəm, Püsyan, Ələkli, Çərçiboğan və Çomaxtur kəndlərində fəaliyyət göstərən yeni nəsil HUAWEİ NGN tipli avtomat telefon stansiyalarına ümumilikdə 14 ədəd 32 yerlik internet plataları əlavə edilib. İnternet platalarının əlavə edilməsi nəticəsində 448 nəfər internet istifadəçisinin internetə olan tələbatının ödənilməsinə şərait yaranıb.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilıə bağlı videomaterial hazırlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

 

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: