Sədərək rayonunda qışa hazırlıq işləri aparılır. - FOTOLAR - FOTOLAR

A- A A+

Sədərək rayonunda payız-qış mövsümündə yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində tədbirlər görülür. NUHÇIXAN xəbər verir ki, mövsümdə istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün Rayon Elektrik Şəbəkəsi bir sıra tədbirlər həyata keçirir. Elektrik xətlərinə toxunan hündür ağaclarda budama işləri aparılır. Ehtiyac olan yerlərdə yeni  dirəklər basdırılır və mənzillərə giriş xətləri kabelləşdirilir.

Rayon sakinlərinin təbii qazla təminatı da qarşıda duran mühüm vəzifələrdəndir. Bu il rayon Qaz İstismar İdarəsi tərəfindən 11-dən çox evə yeni qaz xətti çəkilib, kəndlərdə təmir-bərpa işləri aparılıb. Qaz sayğaclarına müdaxilələrin qarşısını almaq üçün 1645-dən çox qutu quraşdırılıb. Torpağın altından gedən qaz xətlərinin yer üstünə çıxarılması məqsədilə işlər görülür.

Rayonda təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin də qış mövsümündə fasiləsiz istiliklə təmin olunması üçün qazanxanalara baxış keçirilir, cari təmir işləri aparılır.

Naxçıvan Muxtar Respublikasında 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə verilən tapşırıqların icrası məqsədilə aparılan işlərin noyabr ayının 15-də başa çatdırılması nəzərdə tutulub.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: