YAP Naxçıvan Şəhər Təşkilatında görüş keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, YAP Naxçıvan Şəhər Təşkilatında partiyaya yeni qəbul edilən üzvlər və yeni ilk təşkilat sədrləri ilə görüş keçirilib.

Tədbirdə YAP Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan MR Ali Məclisinin deputatı Elman Cəfərli qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası uzun illərdir Azərbaycan dövlətçiliyinin qarantı rolunda çıxış edən nəhəng siyasi təşkilat kimi ölkəmizin müstəqillik tarixində mühüm rol oynayır. Hazırda da partiyanın sıraları cəmiyyətin bütün təbəqələrindən olan insanların, xüsusən gənclərin və qadınların hesabına durmadan genişlənir.     

Bildirilib ki, 2021-ci ildə YAP Naxçıvan Şəhər Təşkilatında qəbul edilən 855 nəfərdən 848 nəfərini və ya 99 faizini gənclər, 476 nəfərini və ya 56 faizini qadınlar təşkil edib. Təşkilat hazırda 150 ilk partiya təşkilatını əhatə etməklə, 18 min 776 nəfər üzvü özündə birləşdirir. İlk təşkilat sədrlərinin ümumi tərkibində qadınlar 56, gənclər 60, ali təhsillilər 135, orta ixtisas təhsillilər 15 nəfər təşkil edir. Təşkilatın sıralarında birləşən partiya üzvlərinin 9 min 968 nəfəri yaxud 53 faizi qadınlar, 11 min 629 nəfəri yaxud 60 faizi 18-35 yaşlı gənclərdir.

Elman Cəfərli diqqətə çatdırıb ki, partiyanın məqsədi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, sabit və sosial yönümlü iqtisadiyyatın yaradılmasıdır. Həmçinin irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq vətəndaşların hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, qanunçuluq, ictimai həmrəylik və firavan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılması, insanların müstəqil dövlətçilik ideyası və azərbaycançılıq məfkurəsi ətrafında birləşdirilməsi partiyanın məqsədlərinə daxildir. Partiya Azərbaycanın ümummilli lideri, Partiyanın qurucusu Heydər Əliyevin irsinin təbliği və təşviqi ilə məşğul olur.

Daha sonra YAP-a yeni qəbul edilən bir qrup gəncə partiya üzvü vəsiqələri təqdim edilib.

Partiyaya yeni qəbul edilən gənclərdən Naxçıvan Dövlət Universitetinin tələbəsi Firuz Məmmədli və yeni ərazi ilk partiya təşkilatı sədri seçilən Tarverdi Məmmədov tədbirdə çıxış edərək, onlara göstərilən etimada görə minnətdarlıqlarını bildiriblər.

 

                                                                                                  Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: