Növbəti sərnişin avtobusu Şuşa şəhərinə çatıb - FOTOLAR
Bakı-Şuşa reysi ilə hərəkət edən növbəti sərnişin avtobusu işğaldan azad edilən Şuşa şəhərinə çatıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, sərnişinlər Şuşada qarşılandıqdan sonra Şuşa qalası, Bülbülün ev-muzeyi, Cıdır düzü kimi tarixi məkanları ziyarət edəcək, erməni vandalizmi ilə tanış olacaqlar.