Kəngərlidə forel balığı yetişdirilir - FOTOLAR
Muxtar respublikada fəaliyyət göstərən “Qızıl xallı” forel balıqçılıq təsərrüfatında bu il 6 tondan çox balıq satılıb.
NUHÇIXAN xəbər verir ki, Kəngərli rayon ərazisində fəaliyyət göstərən balıqçılıq təsərrüfatında 60 irili-xırdalı hovuzda çox sayda balıq bəslənir. Yaxın günlərdə hovuzlara 40 min Fransa sortu damazlıq balıq da gətirilib. Hovuzlara su Qarabağlar kəndinin məşhur Asnı bulağından çəkilib. Şübhəsiz ki, ən qiymətli balıq növü olan forelləri bəsləmək böyük zəhmət, qayğı tələb edir. Bunun üçün hovuzlar yenidən qurulub. Balıqların yaxşı bəslənməsi üçün infrastruktur yaradılıb. Təsərrüfatda 6 nəfər çalışır.
Forel balıqları təxminən 7-8 aya tam böyüyür. Balıqların çəkisi 250-300 qrama çatdıqdan sonra satışa çıxarılır.
Hafizə Əliyeva