Qazanxana maşinistləri üçün hazırlıq kursları başlayıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, payız-qış aylarında qazanxanaların ixtisaslı kadrlarla təmin olunması məqsədi ilə Naxçıvan Şəhər Peşə Liseyində qazanxana maşinisti peşəsi üzrə hazırlıq kursuna start verilib.

Kursa Naxçıvan şəhəri üzrə 36 müdavim cəlb edilib. Bu müddətdə müdavimlərə liseyin ixtisaslı müəllimləri tərəfindən peşə üzrə nəzəri və əyani məlumatlar aşılanacaq. Müdavimlərə liseyin öz qazanxanasında praktiki dərslər də keçirilir.

Qazanxana maşinisti peşəsi üzrə hazırlıq kursları Naxçıvan şəhəri ilə yanaşı Şərur və Ordubad rayonlarında da aparılır. Rayonların hər birində kurslara 20 nəfər olmaqla, ümumilikdə 40 müdavim cəlb edilib.

Təlim müddəti 1 aydır. Kurslar başa çatdıqdan sonra isə təhsil alan müdavimlərə sertifikatlar veriləcək.

Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: