Muxtar respublikada ailə, qadın və uşaq hüquqları qorunur

A- A A+

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması yanvar ayında da diqqətdə saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, ötən ay özünüməşğulluğunu təmin etmiş sosial qayğıya xüsusi ehtiyacı olan şəxslərin və qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə muxtar respublikada fəaliyyət göstərən əl işləri mağazalarında 8 istedadlı qadının 138 manat dəyərində 14 əl işi satılaraq dəyəri iş sahiblərinə təqdim olunub.

Hesabat dövründə muxtar respublikada tək və ailə başçısı olan qadınların peşəyönümlü fəaliyyətə yönləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi davam etdirilib. Şəhər və rayon icra hakimiyyətlərindən aid kateqoriyadan olan qadınlar haqqında məlumatlar alınıb, komitədə yaradılan bazaya əlavə edilib, təhlili aparılıb. Bununla bağlı Babək rayonu üzrə 78 qadınla əlaqə saxlanılmış, onlardan 4-ü bərbər-manikürçü, 2-si aşbaz, 1-i dərzilik peşəsi olmaqla, ümumilikdə, 7 nəfərin peşə təhsilinə yiyələnməsi üçün məlumatları Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinə göndərilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na uyğun olaraq 2021-ci il üçün uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik hesabat hazırlanıb, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclası keçirilib.

Yanvar ayında elektron məlumat bankına istifadəçilər tərəfindən 326 uşaq haqqında fərdi məlumatlar daxil edilib. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: