Naxçıvanda sağlamlıq imkanları məhdud gənclərin iştirakı ilə tədbir olub - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Saat Meydanı” turistik istirahət mərkəzində sağlamlıq imkanları məhdud gənclər üçün film nümayişi və çay süfrəsi ətrafında görüş təşkil olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sosial könüllülərin də iştirak etdikləri tədbirdə müvafiq kateqoriyadan olan 40-dək gənc əvvəlcə motivasiya xarakterli filmə tamaşa edib, sonra çay süfrəsi ətrafında təəssüratlarını bölüşüblər.
Tədbir gənclərdə xoş ovqat yaradıb. Gənclər göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.