Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli qurumları tərəfindən yanvar ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər davam etdirilib, 5 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub. Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, operativ vergi nəzarəti tədbirləri zamanı həmin vergi ödəyicilərində “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişindaşıma ilə məşğul olma faktları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.