Daxili Qoşunların gənc əsgərləri hərbi andı qəbul edib - VİDEO
Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında xidmətə yeni qəbul edilmiş əsgərlərin hərbi andiçmə mərasimi keçirilib.
Mərasimə hazırlıq barədə raport verildikdən sonra hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib.
Mərasimdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Xosrov İbrahimov