Yolsuzluq avtomobilləri Batabatda - VİDEO
Xəbər verdiyimiz kimi Türkiyənin Ordu Kano və Fatsa Offroad Klublarının nümayəndə heyəti və Fatsa Bələdiyyə sədri İbrahim Ethem Kibar Naxçıvana səfər edib. “Yolumuz qardaşlıq” şüarı ilə keçirilən səfər çərçivəsində bu gün qonaqlar yolsuzluq avtomobilləri ilə Batabata yürüş edib, həmçinin şəhərimizin sakinləri Saat Meydanı Turistik İstirahət Mərkəzində qonaqların təşkil etdiyi fərqli bir sərgiyə baxıblar.
Naxçıvan şəhərindən başlanan yürüş güclü qar yağışının müşahidə olunduğu Batabat yaylağına qədər davam etdirilib. İştirakçılar iki qardaş ölkənin şanlı bayraqları ilə bəzədilən yolsuzluq avtomobilləri ilə dağlıq ərazilərə dırmanma ediblər.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir: