Ötən ay 102 torpaq sahəsinin planı və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb

A- A A+

Cari ilin yanvar ayında da muxtar respublikada əmlak və torpaq münasibətlərinin nizamlanmasında fəaliyyətin təkmilləşdirilməsi, habelə vətəndaşların mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması zamanı operativliyin təmin edilməsi  diqqət mərkəzində saxlanılıb.

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ay ərzində torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şərur rayonunun Tənənəm, Tumaslı, Püsyan və Dərvişlər kəndlərində  aparılan monitorinqlər başa çatdırılıb, Muğanlı, Həmzəli, Axura, Alışar kəndlərinin və Kəngərli rayonunun Qıvraq qəsəbəsinin ərazisində isə monitorinqlər davam etdirilib.

Cari ilin ilk ayı ərzində 589 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 433 texniki sənəd hazırlanıb, yeni yaranmış 28 daşınmaz əmlak obyektinə ünvan verilib, 102 torpaq sahəsinin planı və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Səyyar xidmət vasitəsilə 6 yaşayış məntəqəsində vətəndaşların müraciətinə baxılıb, 87 fiziki və hüquqi şəxs elektron xidmətlərdən yararlanıb. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakla bağlı digər əməliyyatların aparılması üçün vətəndaşlardan 1912 ərizə qəbul edilib.

Həmçinin 7 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 12 ailə təsərrüfatının icarəsinə verilmiş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

Eyni zamanda Culfa və Babək rayonları ərazisində bərk məişət tullantılarının idarə edilməsi üçün nəzərdə tutulan sahələrin planı, habelə 35 dislokasiya xəritəsi hazırlanaraq aidiyyəti üzrə təhvil verilib. Təbii antropogen və texnogen amillərin təsiri ilə deqradasiyaya məruz qalan torpaq sahələrinin monitorinqinin nəticələrinə dair xəritə materialları Torpaqların elektron kadastr uçotu informasiya sisteminin keyfiyyət xarakteristikaları xəritəsinə yerləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: