Sosial qayğıya ehtiyacı olan daha 30 ailəyə aktivlər verildi - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun yanvar ayı üzrə 30 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev proqramın icrası çərçivəsində ötən dövrdə görülən işlərdən, əldə olunan nəticələrdən bəhs edib.

Sonra özünüməşğulluqları təmin edilmiş 14 ailənin hər birinə 2 baş iribuynuzlu, 10 ailənin hər birinə 20 baş xırdabuynuzlu, 3 ailəyə mini yerşumlayan aqreqat, 2 ailəyə inkubator və quş tükü təmizləyən aparat, 1 ailəyə isə bərbər avadanlıqları və ləvazimatları verilib.

Qeyd edək ki, özünüməşğulluğu təmin edilmiş ailələrin üzvlərindən 14-ü sağlamlıq imkanları məhdud olan şəxs, 3-ü cəzaçəkmə müəssisəsindən azad olunan şəxs, 2-si nikahı pozulan şəxs, 2-si müharibə iştirakçısı, 4-ü isə şəhid ailəsi üzvüdür. 

Həmçinin bu mərhələdə təsərrüfatını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə Culfa rayonunun Saltaq kənd sakini Ələkbər Novruzova arpa-buğda qıran aqreqat verilib.

Aktivlərlə təmin olunan vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, verilmiş aktivlərdən səmərəli istifadə etməyə çalışacaqlarını qeyd ediblər.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: