Xocavənddə top mərmiləri aşkar edilib - FOTOLAR
Daxili işlər orqanlarının əməkdaşları işğaldan azad olunmuş ərazilərdə silah, döyüş sursatları və partlayıcı vasitələrin aşkarlanaraq təhvil verilməsi istiqamətində tədbirləri intensiv davam etdirirlər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan jurnalistlərə bildiriblər ki, Xocavənd Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayonun Zoğalbulaq kəndi ərazisindəki tərk edilmiş hərbi mövqedən erməni ordusuna məxsus atəşə yararlı top mərmiləri aşkar olunub. Aşkar edilən 11 mərmi və minaatan mərmilərinin istifadəsi üçün nəzərdə tutulan 1 sandıq barıt atımı aidiyyəti üzrə təhvil verilib.