Ürək çatışmazlığına işarə edən bilmədiyimiz simptomlar

A- A A+

Ürək orqanizmdə nasos funksiyasını yerinə yetirərək qanı orqan və sistemlərə çatdırır. Qan orqanizm boyu dövr edir, orqanizmi oksigen və qidalı maddələrlə təmin edir.

Ürəyin nasos funksiyası pozulduqda ürək çatışmazlığı inkişaf edir.

Bu zaman orqanizm ona lazım olan miqdarda oksigen və qidalı maddələri ala bilmir və bu da orqanizmdə ciddi pozulmalara səbəb olur, hətta insanın həlak olmasına gətirib çıxara bilər.

Təəssüf ki, bir çox hallarda ürək çatışmazlığı gizli inkişaf edir və ilkin mərhələlərdə özünü heç bir xarakterik simptomla büruzə vermir.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla bildirir ki, həkimlər ürək çatışmazlığına işarə edən bəzi xarici simptomlarını bilməyə və onlara vaxtında fikir verməyə çağırır.  

Belə ki, amerikalı həkim hematoloq Ceffri Dlott (Jeffrey Dlott) müsahibəsində bildirib ki, soyuq tər və qolda ağrı və narahatlıq ürək çatışmazlığına işarə edə bilər.

Ürək çatışmazlığının digər simptomları arasında:

- sinədə ağrı və sıxılma hissi,

- qollar, sol çiyin, çənə, dirsəklər və kürəkdə ağrı,

- təngənəfəslik,

- ürəkbulanması, zəiflik,

- başgicəllənməsi.

Həkim Ceffri Dlott bildirib ki, yüksək təzyiq, qanda xolesterinin yüksək səviyyədə olması, siqaret çəkmək ürək xəstəliklərinin əsas risk faktorlarıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: