Babək rayonunda ailə təsərrüfatçıları ilə seminar-müşavirə keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Babək rayonunun Kültəpə kəndində ailə təsərrüfatçıları və torpaq mülkiyyətçilərinin  iştirakı ilə seminar-müşavirə keçirilib.

Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Məhəmməd Seyidov rayonda aqrar sahədə həyata keçirilən tədbirlərdən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq ailə təsərrüfatlarının inkişafına göstərilən dövlət qayğısından danışıb.

Digər çıxış edənlər torpaqlardan səmərəli istifadə sahəsində qanunvericiliyin tələblərinə diqqət yetirilməsi, hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması və xitam verilməsi haqqında məlumat verib.

Görüşdə, həmçinin ailə təsərrüfatçıları istehsal olunan məhsulların təbliği və təşviqi, meyvə və tərəvəzlərin qurudulması, qablaşdırılması və etiketlənməsi, yaz əkinlərinin əkin atlaslarına uyğun aparılması və növbəli əkin sisteminin tətbiqi, ailə təsərrüfatçılarının kiçik sahibkarlıq subyektlərinə çevrilmələri barədə maarifləndiriliblər.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb və bukletlər təqdim olunub.

Seminar-müşavirə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, eləcə də Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: