Amerikalı astronomlar qalaktikada külək müşahidə ediblər

A- A A+

Amerikalı astronomlar kosmosda güclü qaz axınına rast gəliblər.

NUHÇIXAN-ın məlumatına görə, Texas Universitetinin alimləri bunu Günəş sistemindən 12 milyard işıq ili məsafədə yerləşən SPT2319-55 qalaktikasında müşahidə ediblər.

Tədqiqatçılardan Castin Spilker bu cür axınların qalaktikaların təşəkkül tapması və inkişaf tərzi ilə sıx bağlı hadisə olduğunu bildirib.

Qeyd edək ki, indiyədək bu cür axınlar fəzanın Yer kürəsinə nisbətən yaxın güşələrində müşahidə olunurdu. Sözügedən axın isə 12 milyard işıq ili məsafədə, deməli, 12 milyard il bundan əvvəl, yəni kainatın əmələ gəlməsindən cəmi 1 milyard il sonra baş verdiyindən onun öyrənilməsi fövqəladə elmi əhəmiyyət kəsb edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: