Avstriya Manfred Veberin Avropa Komissiyası prezidentliyinə namizədliyini dəstəkləyəcək

A- A A+

Hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Avstriyanın federal kansleri Sebastian Kurts ölkəsinin növbəti il keçiriləcək Avropa Komissiyası prezidentliyi seçkilərində dəstəkləyəcəyi namizədin adını açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, Vyanada Almaniyanın Alman Xristian-Sosialistlər İttifaqının (CSU) sədr müavini Manfred Veber ilə görüş olub. Görüşdən sonra S.Kurts həm partiyası, həm də rəhbərlik etdiyi hökumət adından bildirib ki, alman siyasətçinin namizədliyini irəli sürmək üçün bu ilin noyabr ayınadək müvafiq işlər tamamlanacaq. O qeyd edib ki, Avropa Xalq Partiyası və güclü Avropa naminə M.Veberin vahid namizəd kimi təqdim olunması üçün səy göstərəcək.

Qeyd edək ki, M.Veber sədrlik müddəti gələn ilin may ayında başa çatan Jan-Klod Yunkerin vəzifəsini tutmaq üçün ən iddialı namizəddir. Bu ilin noyabr ayınadək Avropa Xalq Partiyası öz namizədini təqdim etməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: