Muxtar respublikada tarixi abidələr və muzeylərə ziyarət davam etdirilir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ötən şənbə “Muzey günləri” çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyini ziyarət ediblər.

Kollektiv muzeyin ekspozisiyasındakı qədim dövrdən başlayaraq müasir dövrün tarixini özündə ehtiva edən eksponatlarla tanış olub. Diqqətə çatdırılıb ki, ekspozisiya əsasən 4 – qədim, orta əsrlər, müasir dövr və ən yeni dövrü əhatə edir. Muzeydə sivilizasiya təsnifatına və eksponat çeşidinə müvafiq olaraq 10 bölmə fəaliyyət göstərir. Bu bölmələrdə 49 mindən çox eksponat mühafizə olunur. Muzey həm də elmi-tədqiqat bazası kimi fəaliyyət göstərir.

Ziyarətçilərə Naxçıvanın 5 min illik tarixi barədə, o cümlədən Nuh peyğəmbərin məzarüstü türbəsi, Naxçıvan ərazisində aşkar olunan kurqanlar, daş qutu və küp qəbirlər, qəbirüstü və epiqrafik abidələr, dulusçuluq nümunələri və mis məişət əşyaları, Naxçıvan memarlıq məktəbi və bu ərazidə olan memarlıq abidələri, dövlətçilik tarixi barədə də məlumat verilib. Bildirilib ki, ekspozisiya zallarından biri ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla zənginləşdirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşları muzeydən zəngin təəssüratlarla ayrılıblar.

                                                                            Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: