Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin yeni inzibati binası istifadəyə verilib - VİDEO
Fevralın 14-də Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin yeni inzibati binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan televiziyasının əməkdaşları Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin yeni inzibati binasının görüntülərini əks etdirən videoçarx hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videoçarxı təqdim edir: