Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsi və 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişi təsdiqləyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qanun layihəsi parlamentin fevralın 15-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Saziş 2021-ci il sentyabrın 28-də Ankara şəhərində imzalanıb.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda təsdiq olunub.