ABŞ, İtaliya və Çindən olan bir qrup meteoroloq Saxara səhrasının (Böyük səhra) iqlimini modelləşdirib və bu, sözügedən regionun yenidən məhsuldar ola biləcəyini göstərib.
NUHÇIXAN RİA "Novosti"yə istinadən xəbər verir ki, onların araşdırması "Science" jurnalında dərc olunub.
Yuciniya Kalnayın rəhbərlik etdiyi alimlər qrupu öz araşdırmasında Saxaranın bütün ərazisində (9 milyon kvadrat kilometrdən çox) günəş və külək elektrik stansiyaları tikməyi təklif ediblər. Bu meqalayihənin həyata keçirilməsi sayəsində hazırda bütün bəşəriyyətin istifadə etdiyi elektrik enerjisindən 4 dəfə çox enerji istehsal etmək mümkün olacaq.
Onların sözlərinə görə, obyektlərin səhraya yerləşdirilməsindən sonra yağıntıların sayı iki dəfədən çox artacaq ki, bu da bitkilərin cücərməsini sürətləndirəcək və bunun sayəsində bölgədə bitki örtüyü artacaq.
Alimlər qeyd edirlər ki, böyükmiqyaslı külək elektrik stansiyaları küləyin hərəkətinə təsir edəcək, həmçinin hava kütlələrinin qarışmasına köməklik göstərəcək. Günəş batareyası panelləri isə günəş şüalarını əks etdirəcək və beləliklə torpaq səthini soyudacaq.
Mütəxəssislərin fikrincə, belə tədbirlər səhrada əkinçiliyin yenidən inkişaf etməsi üçün kifayət edəcək.