Əməyin mühafizəsinin təşkilinə dair maarifləndirici tədbirlər davam etdirilir - FOTOLAR

A- A A+

Muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı tikinti-abadlıq işləri, yeni istehsal və emal müəssisələrinin, xidmət sahələrinin fəaliyyətə başlaması, əməyin mühafizəsi üzrə tədbirlərin icrasının zəruriliyini və əhəmiyyətini artırır. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə, cari il ərzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işəgötürən müəssisələrdə işçi heyəti üçün əmək şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür, əməyin mühafizəsi sahəsində maarifləndirici və profilatik tədbirlər davam etdirilir.

Növbəti maaarifləndirici seminarlar Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətində və “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilib. Ümumilikdə 50-dən artıq işçinin iştirak etdiyi bu tədbirlərdə mövzu ətrafında suallar cavablandırılıb, rəy və təkliflər dinlənilib, qarşılıqlı fikir mübadiləsi və izahedici söhbətlər  aparılıb.

Qeyd edək ki, il ərzində bu istiqamətdə maarifləndirici tədbirlərin müxtəlif müəssisə və təşkilatlarda davam etdirilməsi nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: