İşğaldan azad olunmuş ərazilərdə erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində intensiv tədbirlər davam etdirilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan jurnalistlərə verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsi əməkdaşlarının bu günlərdə rayon ərazisində keçirdikləri nəzarət tədbirləri nəticəsində erməni hərbi birləşmələrinə məxsus silah-sursat aşkar edilib. Aşkarlanan 2 pulemyot, 1 avtomat, “Faqot”, müxtəlif çaplı 98 mərmi və 6290 patron, digər döyüş sursatı aidiyyəti üzrə təhvil verilib.