NDU-nun tələbələri Ədliyyə Nazirliyində təcrübə kurslarına başlayıblar

A- A A+

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki,  bununla əlaqədar nazirlikdə universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq, həmçinin İqtisadiyyat və idarəetmə fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə IV kurs tələbələri və pedaqoji heyətin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi Səttar Zamanov təcrübə kurslarının proqramı haqqında ətraflı məlumat verib, tələbələrin təcrübə kursu ərzində nazirliyin aparatında və tabe qurumlarında, eyni zamanda bələdiyyələrdə olaraq bu qurumların gündəlik iş prosesində yaxından iştirak edəcəklərini vurğulayıb. Həmçinin tələbələrin nazirliyin fəaliyyət istiqamətlərinə uyğun görülən işlərlə, eləcə də kargüzarlıq sənədləri və texniki vasitələrlə əyani tanış ediləcəyi də qeyd edilib.

Universitetin hüquq fənləri kafedrasının müdiri, dosent Qəhrəman Behbudov,  Bələdiyyə və turizm kafedrasının müdiri Flora Kərimova tələbələrə təcrübə kurslarının  əhəmiyyəti barədə məlumat veriblər. Bildirilib ki, təcrübə kursu gələcəkdə tələbələrin ədliyyə sahəsi üzrə nəzəri biliklərinin praktiki şəkildə mənimsənilməsində müsbət təsirini göstərəcəkdir.

Tələbələrə istehsalat təcrübəsinin proqramı və “Ədliyyə könüllüləri” proqramı istiqamətində yönləndirici layihələr barədə bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb. Daha sonra  təcrübə kurslarına start verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: