İstanbulda Nuru Paşanın əziz xatirəsi ehtiramla yad olunub

A- A A+

İstanbulda Anadolu Aydınlar Ocağının təşkilatçılığı ilə Nuru Paşa və Qafqaz İslam Ordusu mövzusunda tədbir keçirilib.

NUHÇIXAN xəbər verir ki, toplantıda Azərbaycanı və Türkiyəni təmsil edən tanınmış ziyalılar, elm və mədəniyyət xadimləri, KİV və QHT təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sonra Nuru Paşa və silahdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Anadolu Aydınlar Ocağının sədri, professor İbrahim Öztək Qafqaz İslam Ordusunun rəşadətli xilaskarlıq missiyası ilə bağlı geniş çıxış edib.

Professor diqqətə çatdırıb ki, Nuru Paşanın komandanlığı ilə Azərbaycan xalqının imdadına yetişən Qafqaza İslam Ordusunun sülhməramlı fəaliyyəti hər zaman Azərbaycanda və Türkiyədə iftixarla xatırlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: