Şahbuzda biotexniki tədbirlər davam etdirilir - FOTOLAR

A- A A+

Qış mövsümündə, xüsusilə qarla örtülü ərazilərdə fauna növlərinin qidalanmasında müəyyən problemlər yaranır. Buna görə də müvafiq yerlərdə biotexniki tədbirlər görülür, heyvanlar üçün qida ehtiyatı yaradılır. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə Şahbuz rayonunda növbəti biotexniki tədbir həyata keçirilib.

Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən biotexniki tədbirdə çöl heyvanlarının kompleks məskunlaşdığı ərazilərə və miqrasiya dəhlizlərinə meyvə-tərəvəz qalıqları səpilib, daş duz qoyulub.

Rayonun digər müvafiq ərazilərində də biotexniki tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: