Tərtərdə minaya düşərək xəsarət alan yol işçilərinin durumu açıqlanıb.
Tərtər Rayon Mərkəzi Xəstəxanasından NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxslərdən birinə ilkin tibbi yardım göstərilib və evə buraxılıb.
Qeyd olunub ki, digər şəxsin vəziyyəti isə kafi olaraq qiymətləndirilir, hazırda həkim müşayiəti altındadır.
Xatırladaq ki, bu gün Tərtər rayonunun Çaylı kəndi ərazisində təmir işləri aparan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları 1963-cü il təvəllüdlü Alışah Səfərov və 1965-ci il təvəllüdlü Faiq Səfərov mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.