Bu il yeni istehsal müəssisələrinin hesabına 279 yeni iş yeri açılıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, 2018-ci ildə muxtar respublikada  həyata keçirilən  layihələr arasında sənaye və kənd təsərrüfatı sahələri olmaqla, ümumilikdə, 30 layihənin əsası qoyulub. Yaradılan bu müəssisələr hesabına 279 yeni iş yeri açılıb.

Bu tədbirlərin davamı olaraq istehsal sahəsi, heyvandarlıq, balıqçılıq, quşçuluq təsərrüfatları, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, soyuducu anbar və müxtəlif xidmətlər üzrə 20 sahənin yaradılması davam etdirilib.

Həyata keçirilən layihələrin real­laşdırılması məqsədilə cari ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 25 layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 6 milyon manata yaxın maliyyə dəstəyi göstərilib.

                                                                           Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: